Nizami Ganjavi - Sənsiz

  • Artist: Nizami Ganjavi (نظامی گنجوی‎ | Niẓāmī of Ganja)
Advertisements
Azerbaijani

Sənsiz

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəktim, hədər getdi o saət sənsiz!
 
Sənin ol cəlb eyləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
 
Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
Bilirəm, sən də dedin: “Yox yarə hacət sənsiz!”
 
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!
 
Nə gözüm var- arayım mən səni, bəxtim də ki yox,
Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
 
Sən Nizamidən əgər arxayın olsan da gülüm,
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
 
Submitted by Velsket on Thu, 12/07/2018 - 17:49
Thanks!thanked 1 time

 

Advertisements
Video
Comments