One More Chance (비처럼 가지마요) (Azerbaijani translation)

Advertisements
Azerbaijani translation

Bir Şans Daha (Yağış Kimi Çıxıb Getmə)

O aydın surətin unudulacaq?
O zaman həqiqətən gələcək? Yox, yox
Bütün xoşbəxt xatirələr silinəcək?
Bu eşq həqiqətən eşqdirmi? Oh, yox
 
Birlikdə getdiyimiz o yollarda yalnızam
Amma bir yalan kimi, heç nəyə inana bilmirəm
Mən hər anın sonsuza qədər davam edəcəyini düşündüm
Bütün o düşüncələr və hislər eqoistcə idi?
 
İndi fərqli zamanlarda olmağa daha çox öyrəşmişik
Birlikdə olduğumuz o zamanlarda göz yaşları tökülür, oh
Saysız iç çəkmələr bu mahnıya çevrilir
Və bilmədən, yenə sənin tərəfindən boyanıram
 
Yağış kimi çıxıb getmə, oh
Bu gün yenə islandım
Ve islaq izlərdə səni axtarıram
Silə biləcəyəmmi?
Kaş ki bunu bir dəfə daha edə bilsəm
Bir şans daha, səni görə bilmək üçün
 
Sabah hər şeyin yaxşı olacağını düşündüm
Amma zaman keçdikcə daha da dərinləşir
Bu həsrət keçəndən sonra ürəyimin yenilənəcəyini düşündüm
Amma qırıq bir saat kimi, hələ də eyni zamandadır
 
Uh, yağışda olsam belə, bunu xoşladım
Çünki onlar sənin arxanda qoyduğun izlər idi
Çünki həsrət gözəl bir ağrıdır
Dözə biləcəyimi düşündüm
Çox səhvlərim oldu, çox yaralarım
Əslində, çox qorxuram, sadəcə hamısına son vermək istəyirəm
Yağış yağır, quruyur və yox olur
Belə çıxıb gedə bilməzsən, xahiş edirəm
 
Yağış kimi çıxıb getmə, oh
Bu gün yenə islandım
Ve islaq izlərdə səni axtarıram
Silə biləcəyəmmi?
Kaş ki bunu bir dəfə daha edə bilsəm
Bir şans daha, səni görə bilmək üçün
 
Haraya gedirəm? Bu nə vaxt bitəcək?
Bilinməyən bir yoldayam kimi hiss edirəm
Kaş ki səni sadəcə bir dəfə daha görə bilsəm
O əli əsla buraxmazdım
 
Yağış kimi çıxıb getmə, oh
Bu gün yenə islandım
Ve islaq izlərdə səni axtarıram
Silə biləcəyəmmi?
Kaş ki bunu bir dəfə daha edə bilsəm
Bir şans daha, səni görə bilmək üçün
 
Ohh ohh
Səni görə bilmək üçün
 
Submitted by f.a. on Tue, 03/07/2018 - 17:55
Last edited by f.a. on Thu, 30/08/2018 - 09:44
Korean

One More Chance (비처럼 가지마요)

Comments